Qadının həyat yoldaşını öldürərək doğraması hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb
02.10.2015 669 0.0 0

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Qazeta.info “Report”-a istinadla bildirir ki, məlumatda bildirilib ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixindən itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub əri K.Mahmudovu öldürmək məqsədilə sonuncuların yaşadığı mənzilə gəlib. S.Məmmədov K.Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyiti L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus “BMW” markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyiti qeyd olunan ərazidə aşkar edilərək çıxarılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülüb.

Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, onlar tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar