Qadın güləşçilərimiz 3 medal qazandı (FOTO)
14.08.2015 736 0.0 0

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında keçirilən Dünya çempionatında güləşçilərimizin uğurlu çıxışları davam edir.

Azərbaycan Güləş Federasiyasından  bildirilib ki, yarışın ilki 2 günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb və çempionatı komanda hesabında ikinci sırada başa vurub. 

Yarışın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulublar. Güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıblar. 

44 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova ardıcıl olaraq Türkiyə, Belarus, Qazaxstan və Yaponiyalı güləşçiləri məğlub edərək Dünya çempionatının qızıl medalına sahib olub. 

 


Türkan Nəsirova - azərbaycanlı güləşçi


51 kq-da təmsilçimiz Leyla Qurbanova da Dünya çempionatının qızıl medalına sahib olub. Bunun üçün o, Meksika, Yaponiya, Rusiya və Ukrayna güləşçilərinə qalib gəlib. 

67 kq-da Elis Manolova yarımfinala kimi inamla irəliləsə də yapon idmançıya məğlub olub. Bürünc medal uğrunda görüşdə Norveç idmançısına qalib gələn Manolova Dünya çempionatının bürünc medalını qazanıb. 

Xatırladaq ki, Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında keçirilən Dünya çempionatı 11-16 avqust arası keçirilir. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar