Qətlə görə axtarışa verilən şəxs tutulub
07.11.2016 502 0.0 0

Azərbaycanda qəsdən adam öldürdüyü üçün axtarışa verilən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Canbulad Hüseynov saxlanılıb.   

 

Qeyd edək ki, qətl hadisəsi bu il sentyabrın 6-da İsmayıllı rayonunun Topçu kəndində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş Canbulad Hüseynov münaqişə zəminində həmkəndlisi Hikmət Feyzullayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən H.Feyzullayev orada ölüb.


Digər xəbərlər:
Şərhlər
avatar