Qətər ərəb ölkələrinin şərtlərini əsassız adlandırıb
28.06.2017 767 0.0 0

Qətər XİN rəhbəri Məhəmməd ibn Əbdürrəhman Əl Tani bir sıra ərəb ölkələrinin terrorçuluğun dəstəklənməsinə son qoyulması ilə bağlı irəli sürdüyü  şərtlərini əsassız adlandırıb.

 

“Röyters”ə istinadən verilən xəbərə görə,  bundan əvvəl Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr Qətərə qarşı irəli sürülən şərtlərlə bağlı heç bir danışıqların aparılmayacağını bəyan etmişdi.    

 

“Blokadanı həyata keçirən ölkələrin irəli sürdükləri heçdə tələb deyil, sadəcə, dəlillərlə təsdiqlənməmiş iddialardır”, - deyə nazir “Əl Cazirə” telekanalına  bildirib.

 

“Tələblər real və həyata keçə bilən olmalıdır, əks halda onlar qəbuledilməzdir”, - deyə XİN rəhbəri bildirib./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar