Qərbli qadınlar İŞİD-ə niyə üz tutur?
02.06.2015 738 0.0 0

İŞİD terror qruplaşmasına qoşulanlar arasında Qərbdən gələn qadınların sayı artır.

Məlumata görə, son hesabatlara əsasən, İŞİD qruplaşmasına qoşulmaq üçün Qərbdən Suriyaya yollanan qrəblilərin sayı 4 min nəfərdirsə, onların arasında gənc qadınların sayı artıq 550 nəfərə çatıb.

"Strateji Dialoq İnstitutu" təhlil mərkəzinin bildirdiyinə görə İŞİD döyüşülərinə qoşulan qadınlar arasında peşəkar ixtisasa malik qadınlar olduğu kimi, 13 yaşına təzə qədəm qoymuş qızlar da var.

Mərkəz qadınların internet vasitəsilə başlarının aldanmasını qeyd edir. Onlara yeni bir ideal cəmiyyətin qurulmasında rol oynayacaqları, İŞİD terrorçusuna ərə gedəcəyi, ətrafında öz əqidəsindən olan qadınların çox olacağı bildirilir. Bu qərbdən olan qızlara çox böyük təsir etsə də, heç də hamısı deyilən şəraitdə yaşamırlar.

Mərkəz məsələnin çıxış yolunu əks təbliğatda görür. Belə ki, Suriyaya qərbdən qaçan qadınlıarın bir çoxu susuz, elektriksiz, çətin vəziyyətdə yaşadıqlarından çox peşmandırlar./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar