Qəmlonun oğlu vəfat etdi-Video
06.02.2015 3451 0.0 0

İmişli rayonunun Göbəktala kəndində yaşayan müharibə və əmək veteranı İbrahim İsmayılovvəfat edib. Mərhum «Axırıncı aşırım» filmindən tanınan Qəmlonun (əsil adı Qəmbəralı olub) oğlu idi.

İbrahim İsmayılov 1926-cı ildə ovaxtkı Ermənistan SSR-in Qarabağlar rayonunun Məngük kəndində doğulub.

AzadlıqRadiosuna verdiyi müsahibədə o bildirmişdi ki, instituta daxil olmaq istəyərkən Qəmlonun oğlu olduğuna görə sənədləri qəbul edilməyib.

Atası ömrünün sonunadək Şura hökumətinə boyun əyməsə də, onu 1944-cü ildə həqiqi hərbi xidmətə çağırıblar. Berlinədək döyüş yolu keçən İbrahim İkinci Dünya müharibəsi qurtarandan sonra daha 2 il dağılmış şəhərlərin bərpasında iştirak edib.

1949-cu ildə Ermənistanda yaşayan minlərlə azərbaycanlı kimi, İbrahimin ailəsi də Azərbaycana deportasiya olunub. O, 30 il yanğından mühafizə idarəsində işləyib. 8 övladı olub, onlardan biri vəfat edib.

İbrahim İsmayılov İmişli rayonunun Göbəktala kəndindəki el qəbiristanlığında dəfn edilib. Qəmlonun həyat yoldaşı Teyfə, qızı Mafərə də burada uyuyur.//Azadlıq.org


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar