Qəbul imtahanının qəhrəmanları: onlar hər kəsi qabaqladılar - VİDEO
04.07.2019 477 0.0 0

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 23-də I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

Lənkəran sakini Boladi kənd 2 saylı orta məktəbin məzunu olan Mirkazım Ağayev I qrup üzrə keçirilən qəbul imtahanında maksimum balı toplayıb.

M.Ağayev hələ buraxılış imtahanı zamanı maksimum 300 baldan 285, ali məktəbə qəbul zamanı isə maksimum 400 bal toplayıb.

O, gələcəkdə Kimya mühəndisi olmağı düşünür.

Qeyd edək ki, M.Ağayev imtahanda göstərdiyi uğur Ağayevlər ailəsində ilk deyil. Ondan yaşca böyük qardaşları - Nihad 645, Riyad 601 bal toplayaraq ali məktəbə qəbul olublar.

 

 

Daha bir yüksək nəticə göstərən abituriyent Mingəçevir şəhəri, Nizami Gəncəvi adına 8 saylı məktəbin şagirdi Aysel Seyidəhmə­dovadır.

O, bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə, yəni 400 bal toplayıb.

A. Seyidəhmə­dova ümumilikdə 666 bal toplayıb. Məktə­bi qırmızı attestat və şəhadətnamə ilə bitirmiş Aysel­in arzusu riyaziyyat müəllimi olmaqdır.

 

 

Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin şagirdi Təhmin Muradov da imtahanda maksimal nəticə göstərib.

O, ümumilikdə 695 bal toplayıb.

Onun ən böyük arzusu gələcəkdə peşəkar həkim olmaqdır.

Bildirək ki, ailədə iki övlad olan T.Muradovun böyük qardaşı iki il əvvəl rayon üzrə ən yüksək nəticə göstərərək 695 balla Tibb universitetinə qəbul olub./Oxu.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar