Pxenyan ABŞ-ı yenə hədələdi: ZƏRBƏLƏRİMİZİN ŞİDDƏTİNİ GÖRƏCƏKSİNİZ
13.09.2017 562 0.0 0

ABŞ prezidenti Donald Tramp Malayziyanın baş naziri ilə görüşü zamanı nüvə proqramı səbəbindən Şimali Koreyaya təzyiqlərin artırılmalı olduğunu deyib.

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Ağ Ev rəhbəri həmçinin BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qəbul etdiyi sanksiyaların bir o qədər də effektiv olmayacağını vurğulayıb.

Bu arada, Şimali Koreyanın BMT yanında daimi nümayəndəsi Han Txe Son rəsmi Vaşinqtonun yeritdiyi iqtisadi, siyasi və hərbi qarşıdurma siyasətinin ölkəsinin nüvə proqramının artıq yekunlaşmağa doğru getməsilə bağlı olduğunu dilə gətirib.

O deyib ki, rəsmi Pxenyan yaxın vaxtlarda ABŞ-a tarixdə görülməyən şiddətli zərbə endirilməsinə hazırlaşır.

Qeyd edək ki, BMT-nin qətnaməsi əsasən Şimali Koreyanın neft idxalı, habelə bu ölkədən Çinə tekstil ixracına, o cümlədən ölkə vətəndaşlarının xaricdə əmək fəaliyyətinə qadağa nəzərdə tutur.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar