Putinin yeni baş komandanının adı bilindi
15.03.2016 559 0.0 0

Rusiya Hərbi Dəniz Donanmasının yeni baş komandanı bəlli olub. Məlumata görə, yeni baş komandan Hərbi Dəniz Donanmasının qərargah rəisi vitse-admiral Nikolay Yevmenov təyin ediləcək.

Admiral istefa ərizəsini fevral ayında təqdim edib.
Bu barədə Rusiya hərbi nazirliyində olan mənbəyə istinadən “RİA” xəbər agentliyi bildirib. Agentliyin məlumatına görə, hazırda RF Şimal Donanmasının komandanı admiral Vladimir Korolyov müvəqqəti olaraq Hərbi Dəniz Donanmasının baş komandanı vəzifəsini icra edir.

 

Admiral Viktor Çirkov 

Bir müddət əvvəl Rusiya Hərbi Dəniz Donanmasının (HDD) baş komandanı admiral Viktor Çirkov istefa ərizəsi yazıb. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bu informasiyanı təsdiqləyib.

Bundan əvvəl yayılan məlumata görə, admiral Viktor Çirkov səhhəti ilə bağlı istefa ərizəsini fevral ayında təqdim edib. Onun ağır əməliyyat keçirdiyindən bu sahədə çalışmaqda probləmlər yaşadığı qeyd olunur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar