Putindən ABŞ-a inanılmaz - Cavab addımı
30.12.2016 2172 0.0 0

Rusiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinə Amerika sanksiyalarına cavab olaraq 35 amerikalı diplomatın ölkədən çıxarılmasını təklif edib.

Bildirək ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

O, ABŞ-ın Moskvadakı səfirliyindən 31 diplomatın, Sankt-Peterburqdakı Baş Konsulluğundan isə 4 diplomatın ölkədən çıxarılmasının vacib olduğunu bildirib. Lavrov hazırladığı siyahıdakı diplomatların adını çəkməyib.

Qeyd edək ki, dünən ABŞ Rusiyanın 35 diplomatını ölkədən kənarlaşdırmaq haqqında qərar verib. Diplomatların Amerikanı tərk etməsi üçün 72 saat vaxt verilib./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar