Putin və Ruhanidən sərt reaksiya
26.03.2015 757 0.0 0

İran prezidenti Həsən Ruhani və Rusiya dövlət başçısı Vladimir Putin Yəmənə qarşı həyata keçirilən hərbi əməliyyatlara sərt reaksiya veriblər. 

Məlumata görə, İngiltərə baş naziri David Kameron ilə telefon əlaqəsi yaradan Həsən Ruhani ərəb ölkələrinin Yəmənə qarşı əyata keçirdiyi hava əməliyyatlarını qınayıb. 

Region ölkələrinin bölgədəki böhranı artıracaq hər cür hərəkətdən qaçmalı olduğunu deyən Ruhani İranın Yəməndə 3 hədəf üçün səy göstərdiyini bildirib: Yəmənə qarşı edilən hərbi müdaxilələri dayandırmaq, terrorçuların yenidən toparlanmasının qarşısını almaq və əhatəli bir milli hökumətin yaradılması. 

Danışıq zamanı aralarında İngiltərənin də olduğu dünya gücləri ilə İran arasında Tehranın nüvə proqramı ilə bağlı aparılan danışıqlarda müzakirə olunub. 

Kremlin Mətbuat Xidmətindən verilən məlumatda deyilir ki, Vladimir Putinlə Həsən Ruhani arasındakı telefon danışığında Yəməndə yaşananları və ikitərəfli əməkdaşlıq müzakirə olunub. 

Məlumatda deyilir: "Putin və Ruhani Yəməndə yaşanan vəziyyət haqqında fikir mübadiləsi apardılar. Rusiya hərbi əməliyyatların ən qısa zamanda sona çatmasının və böhranın sülh yolu ilə həll edilməsi üçün səy göstərilməsinin lazım olduğunu deyib". 

Putin və Ruhani İran nüvə proqramı ilə bağlı "altılıq ölkələr"i ilə aparılan danışıqlardan məmnun qaldıqlarını ifadə ediblər.

İranın təşəbbüsü təşkil edilən telefon danışığında Rusiya - İran əlaqələrinin aktual problemləri müzakirə edilib. Həmçinin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı üçün və atom enerjisi sahəsində əməkdaşlıq etmək üçün lazımlı addımların atılmasının lazım olduğu bildirilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar