Tarix: 10.12.2016,   Saat: 14:50, Şənbə.          

Putin və Ərdoğan iki ölkənin siyasi və iqtisadi sahələrdə əməkdaşlığını müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.   
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
 
“İstanbulda oktyabrın 10-da keçirilən Rusiya-Türkiyə yüksək səviyyəli danışıqlarının kontekstində siyasi, ticarət-iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edilib”, - deyə məlumatda qeyd olunub.
 
Söhbət zamanı tərəflər ikitərəfli və regional problemlərlə bağlı təmasları müxtəlif səviyyələrdə davam etdirməyə razılığa gəliblər.  
 
Qeyd edək ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub./apa/ 



  Bölmə: Dünya | Baxış sayı: 297 | Tarix: 19.10.2016, 11:25


Xəbərlər