Putin Ukraynada xüsusi əməliyyatı düzgün addım adlandırıb
12.04.2022 353 0.0 0

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı xüsusi əməliyyatı düzgün addım adlandırıb.

Bildirək ki, bu barədə Putin Amur vilayətində yerləşən “Vostoçnıy” kosmodromuna səfər edərkən bildirib.

“Ukraynadakı xüsusi əməliyyat düzgün addımdır. Başqa seçimimiz yox idi. Məqsədimizə nail olacağıq”, - Putin vurğulayıb.

Putin Kiyevin Minsk razılaşmalarının icrasından açıq şəkildə imtina etdiyini xatırladıb.

O, müasir dünyada Qərbin Rusiyanı təcrid edə bilməyəcəyini diqqətə çatdırıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar