Putin: Suriyadakı silahlılar Rusiya və MDB-yə genişlənməyi planlaşdırır
21.02.2016 629 0.0 0

 “Rusiya hərbçiləri Suriyada Rusiya Federasiyasını düşmən adlandıran, Rusiya və MDB-yə ekspansiyanı genişləndirmək planlarını gizlətməyən silahlıları məhv edirlər”.  “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.  
 
“Bu ölkədə vuruşan əsgər və zabitlərimiz Rusiya Federasiyasının maraqlarını qoruyurlar, Vətənimizi düşmən adlandıran və ekspansiyanı Rusiya və MDB ərazilərinə genişləndirmək planlarını gizlətməyən silahlıları məhv edirlər”, deyə Putin bildirib.
 
“Əsgərləriniz çətin şəraitdə Suriya ordusuna və antiterror mübarizənin digər iştirakçılarına terrorçuların məhv edilməsinə, dinc əhalinin zorakılıqdan xilas olunmasına kömək edirlər”, deyə Putin bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar