Putin qələbə çaldı
14.02.2015 917 0.0 0

Ukraynada gedən nəhənglərin böyük müharibəsində Rusiya prezidenti Vladimir Putin qələbə qazandı.

Məlumata görə, bu barədə Almaniyanın "Sueddeutsche Zeitung" qəzetində dərc olunan məqalədə deyilir.

Qəzet yazır ki, Ukraynada sülhə nail olmaq üçün ümumavropa təhlükəsizlik arxitekturası yaradılmalıdır, ABŞ-ın Ukrayna üzrə yürütdüyü siyasət və sanskiyalar vəziyyəti daha da gərginləşdirir.

Məqalə müəllifinin fikrincə, Ukrayna müharibəsində qalib ölkə məlumdur. Bu Rusiyadır.

"Bəli, Ukraynada əsl müharibə gedir. Gec-tec Ukrayna federallaşacaq. Bu müharibədə ABŞ və Avropa məğlub olub. Etiraf etmək lazımdır ki, Putin Ukrayna uğrunda qələbə qazandı", - deyə məqalədə bildirilir./anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar