Putin İŞİD-ə qarşı birləşmək təklifi edib
29.06.2015 695 0.0 0

"Suriya və regionun digər ölkələri "İslam Dövləti" terrorçu qruplaşmasına qarşı mübarizədə birləşməlidir. Rusiya bu ölkələr arasında dialoqun qurulmasına yardım etməyə hazırdır".

Məlumata görə, bunu Rusiya prezidentiVladimir Putin bu gün Moskvada Suriyanın xarici işlər naziri Valid Müallimlə görüşdə deyib.

"Region ölkələri ilə əlaqlərimiz "İslam Dövləti"nə qarşı mübarizədə bütün güclərin birləşdirilməsinin vacib olduğunu göstərir. Bütün region ölkələri bu terrorçu təşkilatla mübarizəyə öz töhfəsini verməyə hazırdır. Bu, Tükiyəyə də, İordaniyaya da, Səudiyyə Ərəbistanına da aiddir. Ona görə də biz, Suriya da daxil olmaqla terrorçuluqla mübarizədə maraqlı olan bütün dostlarımızı konstruktiv dialoqun qurulmasına çağırırıq. Suriyanı dəstəkləyən dövlətlər arasında konstruktiv münasibətlər inkişaf edir. Qonşular arasında tez-tez və ya hər zaman anlaşılmazlığın yaranması başa düşüləndir, lakin terrorla mübarizədə səyləri sözsüz birləşdirmək lazımdır", - deyə Putin bildirib. 

Rusiya prezidenti qeyd edib ki, belə koalisiyanın yaradılması sadə məsələ deyil: "Əgər Suriya rəhbərliyi bunu məqsədəuyğun və mümkün hesab edirsə, biz sizi dəstəkləmək üçün hər şey edəcəyik. Region ölkələri ilə olan mehriban münasibətlərimizdən istifadə edib belə koalisiyanın qurulmasına cəhd edəcəyik. Əminik ki, sonda Suriya xalqı qalib gələcək. Bizim siyasətimiz Suriyanı, Suriyahökumətini və xalqını dəstəkləməyə istiqamətlənib və bu siyasət dəyişməz qalacaq"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar