Putin güc strukturlarında kadr dəyişiklikləri edib
01.05.2016 598 0.0 0

Rusiya prezidenti Vladimir Putin bir sıra güc strukturlarında kadr dəyişiklikləri edib.
 
TASS agentliyinə istinadən verilən məlumata görə, Rusiya İstintaq Komitəsi sədrinin birinci müavini  Vasiliy Piskaryev və İstintaq Komitəsi sədrinin müavini Yuriy Nırkov vəzifələrindən azad ediliblər.
 
Cənub Dairəsinin nəqliyyat prokuroru Sergey Dmitriyev,  Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsində Nəqliyyat üzrə İdarəsinin rəisi Arkadi İvanov, Krım üzrə daxili işlər nazirinin müavini Dmitriy Neklyudov,  Fövqəladə Hallar Nazirliyinin Xakasiya Respublikası üzrə İdarəsinin  rəisi Aleksandr Nekrasov da vəzifələrindən azad ediliblər. Eyni zamanda Aleksandr Klaus 5 il müddətində İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin, Petr Krupen İstintaq Komitəsinin Kurqan vilayəti üzrə İstintaq İdarəsinin, Valeri Samodaykin İstintaq Komitəsinin Samara vilayəti üzrə İstintaq İdarəsinin  Aleksandra Starikov İstintaq Komitəsinin Altay Respublikası üzrə İstintaq İdarəsinin rəhbərləri təyin ediliblər. V. Putin İqor Krasnovu isə Rusiya İstintaq Komitəsinin sədr müavini təyin edib./apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar