Putin bu tanklarla dünyaya meydan oxuyacaq (VİDEO, FOTO)
25.03.2015 799 0.0 0

Rusiyanın istehsal etdiyi yeni tankların görüntüləri yayılıb. 

Məlumata görə, sosial şəbəkələrdə Rusiyanın gizli saxlamağa çalışdığı "T-14 Armat"ın ilk şəkilləri yayılıb. Şəkillər tankların Alabino poliqonuna aparılan zaman çəkilib.

Tanklar brezentlə örtülüb və onların zahiri görünüşü mayın 9-da Moskvada hərbi paradın keçirilməsi anına qədər sirr qalacaq. 

Ən yeni Rusiya tankı OBT T-14 "Armat" dəmiryolu platformasında xüsüsi mühafizə altında qorunub.

Mayın 9-da keçiriləcək paradda Rusiya yeni silahlarından "Armat" tanklarını, "Kurqanes-25", "Bumeranq", "Tayfun-U" zirehli avtomobillərini göstərməyi planlaşdırır.

Həmçinin gözlənilir ki, paradda "Koalisiya-SV" və "Kornet-D" özüyeriyən artilleriya raket kompleksləri də nümayiş olunacaq. /anspress/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar