Putin bu gün Mahmud Abbasla görüşəcək
12.02.2018 701 0.0 0

Rusiya prezidenti Vladimir Putin fevralın 12-də Moskvada Fələstin lideri Mahmud Abbasla görüşəcək. 

 

RİA Novosti-yə istinadən verilən xəbərə görə, fevralın 11-də Soçidə keçiriləcəyi gözlənilən görüşün vaxtı və yeri təyyarə qəzası səbəbindən  dəyişdirilib. 

 

Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, görüşün əsas mövzusunun İsrail-Fələstin nizamlanmasının yeni çoxtərəfli formatının yaradılması məsələsi olacağı gözlənilir. 

 

Onun sözlərinə görə, görüşdə həmçinin Fələstinə iqtisadi dəstəyin genişləndirilməsi məsələsi müzakirə ediləcəyi planlaşdırılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar