Putin Azərbaycanlı kinorejissor Vaqif Mustafayevi ordenlə təltif etdi
08.05.2015 866 0.0 0

Rusiya Prezidenti Vladimir Putin tanınmış kinorejissor, Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı Vaqif Mustafayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Fərmanın mətni RF-nin rəsmi hüquqi informasiya internet portalında yerləşdirilib.

V. Mustafayev Rusiya Federasiyasının “Dostluq” ordeninə “RF ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə, ticari-iqtisadi və mədəni əlaqələrin inkişafına böyük töhfəsinə görə” layiq görülüb.

V. Mustafayev “Bəyin oğurlanması”, “Yaramaz”, “ Hər şey yaxşılığa doğru”, “Milli bomba” kimi tanınmış filmlərin, ümummilli lider Heydər Əliyev haqqında silsilə sənədli filmlərin, o cümlədən tamaşaçıların böyük rəğbətini qazanmış “Lider”, “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” filmlərinin rejissorudur. Onun filmləri dəfələrlə müxtəlif nüfuzlu beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb./azertag.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar