Putin: `Rusiya-ABŞ münasibətlərini pozmaq cəhdləri məsuliyyətsizlik və yalnışlıqdır`
30.03.2017 711 0.0 0

”Rusiya ilə ABŞ arasındakı diplomatik münasibətləri pozmaq cəhdləri məsuliyyətsizlik və yanlışlıqdır”.
 
Məlumata görə, bunu Arktika forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib. 
 
”Biz diplomatik münasibətləri tamamilə kəsmək istəyirik? 60-cı illərə, Karib böhranına qədərki vəziyyətə gətirib çıxarmaq istəyirik? Bəs bundan sonrası nə olacaq?” - deyə Rusiya dövlət başçısı münasibətlərin pozulmasının Amerika xalqının əksəriyyətinin marağında olmadığına əminliyini bildirib.
 
V. Putin Rusiyanın ABŞ-a müharibə etmək deyil, əməkdaşlıq münasibətləri qurmaq istədiyi nəhəng dövlət kimi yanaşdığını vurğulayıb: “Ümid edirəm ki, Moskva və Vaşinqton Suriya və Ukraynadakı münaqişələrin nizamlanması, eləcə də Arktika və kosmos məsələləri ilə bağlı əməkdaşlığa nail olacaq”.
 
Rusiya prezidenti ABŞ-dakı seçkilərə müdaxilə etdikləri yönündə ittihamları qətiyyətlə rədd edib. O, ABŞ-dakı antirusiya əhval-ruhiyyəsini bəzi siyasi qüvvələrin öz mövqelərini möhkəmləndirmək cəhdi kimi qiymətləndirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar