Putin: `Qazaxıstan dövlətçiliyinə qarşı təhdidlə üz-üzədir`
10.01.2022 272 5.0 0

"Qazaxıstandakı vəziyyət hamımıza aiddir. Qazaxıstan öz dövlətçiliyinə qarşı təhdidlə üz-üzə gəlib”.

Bildirək ki, bu fikirlər Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) videokonfrans formatında keçirilən sammitində bildirib.

“Qazaxıstanda Maydan texnologiyalarından istifadə edilib. Bu ölkəyə hücum təcavüz aktıdır. Buna dərhal reaksiya vermək lazım idi. Biz Qazaxıstanda beynəlxalq terrorçuluğun aqressiyasını müşahidə edirik. Döyüşçülər xüsusi təlimdən keçmişdilər. Biz göstərdik ki, öz evimizdə vəziyyəti dəyişməyə, rəngli inqilablar gerçəkləşdirməyə imkan verməyəcəyik”, - o vurğulayıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar