Putin: `Əl-Qaidə` ABŞ-ın fəaliyyətinin nəticəsidir`
13.06.2017 760 0.0 0

“Əl-Qaidə” terror qruplaşmasını ABŞ yetişdirib, boya-başa çatdırıb və buna görə məsuliyyətini dərk etməlidir”.
 
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.
 
“Əl-Qaidə” bizim yox, ABŞ-ın fəaliyyətinin nəticəsidir. Bu, Sovet  ordusunun Əfqanıstan ərazisində olduğu zaman başlayıb. O zaman ABŞ xüsusi xidmət orqanları Sovet ordusu ilə mübarizədə müxtəlif radikal dini cərəyanlara dəstək verirdilər. “Əl-Qaidə” və Ben Ladeni məhz ABŞ yetişdirib. Sonra isə proseslər nəzarətdən çıxıb. Bu daim belə olur. ABŞ bunu bilməli idi, bu onların günahıdır”, deyə V.Putin bildirib. Putin həmçinin ABŞ-ı vaxtilə Çeçenistanda terrorçulara siyasi və maliyyə dəstəyi verməkdə günahlandırıb.
 
Qeyd edək ki, rejissor Oliver Stounun lentə aldığı “Putinin müsahibəsi” adlı sənədli film bü günlərdə ABŞ-ın “Showtime” telekanalında nümayiş olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar