Putin 3 liderlə danışıq apardı
01.05.2015 783 0.0 0

Rusiya prezidenti Vladimir Putin 3 dövlət lideri ilə Ukrayna böhranını müzakirə edib.

Məlumata görə, Putin Fransa, Ukrayna prezidentləri Fransua Olland, Pyotr Poroşenko və Almaniya kansleri Angela Merkel ilə danışıb.

Qeyd olunur ki, "Normand dördlüyü"nün liderləri Ukrayna böhranı ilə əldə olunmuş Minsk razılaşmasının şərtlərinə əməl edilməsi üçün atılan əlavə addımlar müzakirə edilib və bildirilib ki, Mariupol, Şirokino və Donetsk aeroportu ətrafında gərginlik təcili şəkildə azaldılmalıdır.

Danışıqlar zamanı o da bildirilib ki, vasitəçi qrupun yaxın vaxtlarda görüşü keçiriləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar