PUTİNDƏN GÖZLƏNİLMƏZ AÇIQLAMA
20.01.2015 1035 0.0 0

Rusiya, Ukraynanın şərqindəki qarşıdurmaların yenidən artmasına görə, Qazaxıstanda keçirilməsi planlaşdırılan sülh danışıqlarının təxirə salına biləcəyini söyləyib.

Kremlin mətbuat katibi Dmitriy Peskov, Kiev rəhbərliyini, ölkənin şərqindəki qarşıdurmaları yenidən başlatmaqla günahlandıraraq, bu vəziyyətin Qazaxıstanın Astana şəhərində keçirilməsi planlaşdırılan görüşün ləğv edilməsinə səbəb ola biləcəyini söyləyib.

Peskov, "Ukrayna rəhbərliyinin qarşıdurmaları yenidən başlatması, Normandiya Formatındaki görüş ehtimalını iflasa uğradır"  deyərək fikirini ifadə edib.

Xatırladaq ki, Keçən il Normandiya çıxarması fəaliyyətinin 70-inci ili ilə əlaqədar Almaniya, Fransa, Rusiya və Ukrayna Dövlət başçıları bir araya gəlmiş və Ukraynadakı böhranın  həlli yollarını  tapmaq məqsədiylə bir müddət müzakirələr aparmışlar. Ukrayna Dövlət Başçısı Petro Poroşenko da "Normandiya kvarteti" olaraq adı çəkilən bu ölkə liderlərinin Ukraynadakı böhrana həll tapmaq məqsədiylə Astanada bir araya gələcəyini açıqlamışdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar