PUTİN UKRAYNADA NATO LEGİONU İLƏ ÜZ-ÜZƏ OLDUQLARINI BƏYAN ETDİ
27.01.2015 652 0.0 0

Rusiya Dövlət Başçısı Vladimir Putin Ukrayna ordusunun, Rusiyanı çaşdırmaq məqsədini güdən NATO legionu olduğunu bəyan edib. Putin "Əslində bu bir ordu deyil, bir xarici legion. Yaşananlara baxdığımızda, Ukraynanın milli maraqlarını güdməyən xarici bir NATO legionu ilə qarşı-qarşıya olduğumuzu görürük "deyə bəyan edib.

Yayılan xəbərə görə Putin, "Gornı" Milli Mədən-Xammal Universiteti tələbələri ilə  görüşdə, belə qeyd edib: "İfadə etdiklərindən tamamilə fərqli məqsədləri var. Bunların başında, Rusiyanı çaşdırmaq məqsədi durur. Bu, şübhəsiz ki, Ukrayna xalqının milli maraqları ilə üst-üstə düşmür. "

Əlavə olaraq bildirək ki, Rusiya Dövlət Başçısı Vladimir Putin, əsgərlik vaxtı çatan Ukrayna vətəndaşlarının Rusiyada  yaşamaq üçün şərait yaradılacağını  söyləyib.

Daha sonar Putin, "Bir çox adam, səfərbərlikdən qaçaraq Rusiyaya gəlməyə çalışır və bir müddət burada qalıb gözləməyi üstün tuturlar. Doğru edirlər. Çünki cəbhəyə, güllələrin altına, toplara yem olaraq göndərirlər " deyə bildirib .

Digər tərəfdən, Ukrayna vətəndaşlarının Rusiyada yaşamaq  müddətlərinin qanunla məhdud olduğunu xatırladan Rusiya Dövlət Başçısı,  "Yeni qanuna görə Ukrayna vətəndaşları, Rusiyada 30 gündən çox qala bilməz. Onlar  geri dönür və tutulub təkrar cəbhəyə, güllələrin altına göndərirlər. Bu səbəblə qanunda dəyişikliklər edəcəyik. Qanun çərçivəsində, əvvəlcə əsgərlik çağında olanlar olmaq üzrə müəyyən vətəndaş kateqoriyaları üçün müddətləri uzadıla bilər "deyə vurğulayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar