PUTİN-BALTİKYANI ÖLKƏLƏRƏ HÜCUMA HAZIRLAŞIR
07.02.2015 760 0.0 0

 

 "Putin, Ukraynada qarışıqlıq etdiyi kimi Baltik Dövlətlərindən birinə də hücum edə bilər.Rusiya Şərqi Avropa ölkələrinə hökümranlıq etməyı hədəfləyir"

Türkiyə mətbuatının yazdığına görə bu sözləri NTAO-nun keçmiş baş katibi Anders Fog Rasmussen Ukraynada baş verən son hadisələri dəyərləndirərkən İngiltərənin Telegraf qəzetinə açıqlamasında deyib.

NATO ölkələri müdafiə xərclərini azaldarkən Rusiyanın hərbi xərclərinin artırdığını söyləyən Rasmusson "Ukrayna böhranı bizim üçün bir oyanmaq  siqnal olmalıdır" deyib. Putinin döyüş taktikaları mövzusunda mütəxəssis olduğunu vurğulayan köhnə ümumi sekretar Avropanın xüsusilə hava hücumları mövzusunda ABŞ-a möhtac olmasını "pis bir amil" olaraq qiymətləndirib.

Əlavə olaraq bildirək ki, Ukrayna böhranına həll tapmaq üçün danışıqlar aparan Merkel ilə Oland dünən təkliflərini Putinə təqdim edib. Ancaq iki liderin cəhdindən ABŞ-ın narahat olduğu şərhləri verilir.

Almaniya Baş naziri Angela Merkel ilə Fransa prezidenti Fransua Olandın Ukrayna üçün apardığı danışıqlar dünən də davam edib. İki lider əvvəlki gün sürpriz şəkildə Ukraynaya getmişdi. Merkel və Oland, ölkənin şərqində hökumət qüvvələri ilə Rusiya pərəst separatçıları arasında davam edən qarşıdurmalara son vermək üçün Ukrayna Dövlət Başçısı Petro Poroşenkoya problemin yeni həll yollarını təklifi ediblər. 5 saat davam edən yığıncaqda atəşkəsin təmin edilməsini nəzərdə tutan Minsk razılaşmasının həyata keçirilməsi müzakirə olunub.

 

Xatırladaq ki bu arada ingiltərə və ABŞ  mətbuatında "Putin, Avropa ilə ABŞ-ın arasını vurmağa çalışır, Görüşlərdə İngiltərə və ABŞ-ın olmaması Putinin əlini gücləndirir"  kimi məlumatlar dərc olunmağla yanaşı  Merkel və Olandın təqdim etdiyi həll təklifinə  şübhə ilə  yanaşıldığını bildirir. 

Bundan başqa, ingiltərə və ABŞ  mətbuatında , ABŞ-ın Ukrayna ordusunu silahlandırmaq istədiyi bəyan etdiyi bir vaxtda, Almaniya və Fransanın bu adım atmasınanormal qarşılanmadığı qeyd olunur. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar