Protokol: FED uçot dərəcəsinin artırılmasını tezləşdirəcək
13.10.2016 747 0.0 0

 ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) üzvləri 20-21sentyabr tarixlərində keçirilən iclasda belə qərara gəlib ki,ölkədəki şərait uçot dərəcəsinin artırılması üçün münbit sayılır,hətta bəzi üzvlər bu addımın həminiclasda atılmasının zəruriliyinibildirib. Məlumata görə, bu barədə ötən gün açıqlanan iclasın protokolunda qeyd edilib.

Son iclasda tənzimləyici uçot dərəcəsini 0,25-0,5% səviyyəsində saxlayıb.FED uçot dərəcəsini ilin sonunadək qaldıracağına dəfələrlə işarə edib.Tənzimləyicinin növbəti növbəti iclası noyabr ayının 1-2-də olacaq.

Ötən gün açıqlanan protokolda isə vurğulanır ki, görüş iştirakçılarının əksəriyyəti əmək bazarında vəziyyətin pisləşməsi və iqtisadi aktivliyingüclənməsi fonunda uçot dərəcəsinin tez bir zamanda artırılacağını arzuedir.

İclas iştirakçılarının çoxu ABŞ iqtisadiyyatı üçün xarici risklərin azaldığınıbildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar