Propolisin möcüzəvi xüsusiyyətləri
24.03.2015 675 0.0 0

Bütün digər arı məhsulları kimi, bu maddə də çox nadir xüsusiyyətlərinə malikdir.

 

Propolisi istehsal etmək üçün arılar ağacların tumurcuqlarından damcılarla

şirə yığır və bu şirəni öz fermentləri ilə zənginləşdirirlər.

 

Arı pətəyində bu maddə çox vacib funksiyaları yerinə yetirir. Məhz

propolisə görə arı pətəyində olan mühit tam sterildir - orada

mikroorqanizmlər (bakteriyalar, viruslar, göbələklər, birhüceyrəlilər və

s.), praktik olaraq, yoxdur. Bu alimlərin çoxsaylı tədqiqatları zamanı

dəqiq sübut olunub. Arılar propolislə pətəyin çatlarını və şanıları qapayır

 ki, ora xarici mühitdən zərərli mikroorqanizmlər düşməsin.

 

Propolis insan orqanizminin bir çox orqan və sistemlərinə müsbət

təsir edir. Propolis çox yüksək bakterisid (bakteriyaları öldürən) və

iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. Propolis bir çox ziyanlı

 

bakteriyaları və virusları öldürür və ya onların çoxalmasını dayandırır. Bu

virus və bakteriyaların arasında - kokklar (streptokokklar, stafilokokklar

və s.), qrip və herpes virusları, vərəm çöpü, kandida göbələyi və s.

 

Propolisi təbii antibiotik adlandırmaq olar. Lakin adi antibiotiklərlə

müqayisədə propolisin heç bir yanaşı təsiri yoxdur, propolis orqanizmin

öz xeyirli mikroflorasını öldürmür və immunitetin zəiflənməsinə gətirib

çıxartmır.

 

Əksinə olaraq propolis insanın immun sistemini möhkəmləndirir,

disbakteriozla mübarizə edir.

 

Propolis bəzi antibiotiklərlə birlikdə müalicə zamanı istifadə oluna bilər.

Bu zaman propolis antibiotiklərin təsirini artırır və eyni zamanda

immunitetin zəiflənməsinə və bağırsaqların xeyirli mikroflorasının məhv

olmasına imkan vermir.

 

Tonzilollit (o cümlədən, xroniki tonzillit), bağırsaq infeksiyaları

zamanı propolis çox yaxşı müalicəvi təsir edir. Tonzillit zamanı

propolis dəmləmələri (1 çay qaşığı propolis + 1 stəkan qaynar su,

propolisi dəmləmədən əvvəl sürtgəcdən keçirin) qarqara şəklində istifadə

olunur. Bundan əlavə xəstə propolisin kiçik bir tikəsini ağzında çeynəyə

və sümürə bilər.

 

Xroniki tonzillit zamanı propolis çox təsirli profilaktik vasitədir. Xüsusilə

bu uşaqlar üçün vacibdir. Xroniki tonzilliti olan insanlar hər axşam uzun

müddət ərzində propolislə qarqara edə bilər. Müəyyən müddətdən sonra

siz hiss edəcəksiniz ki, xəstəlik sizi artıq narahat etmir.

 

 

 

Bağırsaq infeksiyaları zamanı propolis dəmləməsi daxilə qəbul

olunmalıdır. Bunun üçün 1 çay qaşığı propolis 1 stəkan qaynar suda

dəmlənilir və gün ərzində kiçik qurtumlarla içilir.

 

Virus əleyhinə xüsusiyyətlərinə görə propolis herpes, qrip, hepatit,

ensefalit və s. virus infeksiyaların müalicəsi və profilaktikası zamanı

geniş istifadə olunur.

 

Propolis orqanizmi toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən

təmizləyir.

 

Propolis ağrısızlaşdıran vasitə kimi də istifadə oluna bilər. Bəzi tədqiqatlar

sübut edir ki, propolis hətta novokaindən da təsirlidir. Diş ağrısı, boğaz

ağrısı zamanı propolisi çox uğurla istifadə etmək olar. Diş ağrısı zamanı

ağrıyan dişin üzərinə propolisin kiçik tikəsini qoyun.

 

Yanıqlar, yaralar, donvurmalar zamanı propolis aplikasiyalar şəklində

istifadə olunur - 1 çay qaşığı miqdarında propolisin üzərinə 1 stəkan

qaynar su əlavə olunur və 10-15 dəqiqə ərzində vam odda qaynadılır.

Steril tənzif dəmləmədə isladılır və yaranın üzərinə qoyulur. Propolis

yaraya bakterisid təsir edir, yaranın daha tez sağalmasına kömək edir,

yaranın yerində əmələ gələn çapığın daha nazik və gözəgörünməz

olmasını təmin edir.

 

Propolis çətin sağalan yaraların müalicəsində uğurla istifadə olunur.

 

Propolis mədə-bağırsaq sistemi xəstəlikləri zamanı da istifadə olunur.

Qastrit, mədə xorası, kolit və s. xəstəliklər zamanı propolisin

müalicəvi təsiri sübut olunub.

 

Propolis psoriaz xəstəliyi müalicəsi zamanı istifadə olunur.

 

Elmi tədqiqatların nəticəsində sübut olunub ki, propolis onkoloji

xəstəliklərin müalicəsi  və xüsusilə profilaktikası zamanı uğurla

istifadə oluna bilər. Propolis insanın immun sistemini stimullaşdıraraq

xərçəng hüceyrələrin inkişafını ləngidir, sağlam insanlarda tək-tək əmələ

gələn xərçəng hüceyrələri məhv edir. Bu səbəbdən bir çox həkimlər 40

yaşından sonra olan insanlara propolisi daxilə qəbul etmək tövsiyə edirlər.

Propolisin heç bir yanaşı təsiri yoxdur və bu səbəbdən propolisin su

məhlulunu (spirt yox!) uzun müddət, hətta illər ərzində qəbul etmək olar.

Bu insanın sağlamlığına yalnız müsbət təsir edə bilər./saglamolun.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar