Prokurorluq: Bakıda itkin düşən 7 yaşlı uşağın qətlə yetirildiyi ehtimal olunur
16.12.2015 526 0.0 0

Bakıda 7 yaşlı uşaq itkin düşüb.

 

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, dekabrın 14-də Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayan Əsgərova Rahilə Kitay qızı Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng vuraraq oğlu, 2008-ci il təvəllüdlü Əsgərov Ceyhun Mobil oğlunun həmin gün saat 14 radələrində internet salona getmək adı ilə evdən çıxıb bir daha geri qayıtmaması barədə məlumat verib.

 

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yerini müəyyən etmək mümkün olmayıb.

 

Ceyhun Əsgərovun olduğu yerin müəyyən edilməməsi, azyaşlı olması və digər xüsusatlarla onun qətlə yetirilməsinə şübhələr olduğundan dekabrın 16-da Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar