Prokuror separatçı Dağlıq Qarabağ rejiminin keçmiş `müdafiə naziri`nə 7 il iş istəyib
13.11.2017 888 0.0 0

“İqla” zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayana prokuror iş istəyib.

 

“News.am”a istinadən verilən məlumata görə, İrəvanın Kentron və Nork-Maraş rayon məhkəməsinin bu gün keçirilən iclasında çıxış edən dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini tələb edib.

 

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin olunub.

 

Hadisə ilə bağlı cinayət işi ötən il sentyabrın 20-də başladılıb.

 

Həmin ilin iyulunda Ermənistan vətəndaşı, qondarma "DQR"-nın keçmiş "müdafiə naziri" Samvel Babayan Rusiyada yaşayan tanışında olan külli miqdarda oğurluq avronu əldə edərək Ermənistanda dövriyyə buraxmağa cəhd edib. Həmin avrolar Rusiyadan Ermənistan gətirilərkən Milli Təhlükəsizlik Şurası əməkdaşları tərəfindən saxlanılıb.

 

Məlum olub ki, Samvel Babayan həmçinin “İqla” zenit raket kompleksini əldə etməyə çalışıb. /APA/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar