Prokuror sabiq MTN polkovniki və digərlərinə cəza istəyib
11.01.2018 844 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, V. Güləlinin 9 il 6 ay, C. İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, N. Əliyevin 8 il 6 ay, A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

 

Proses yanvarın 22-də davam edəcək.

 

İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

 

İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.

 

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.

 

Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar