Prokuror qardaşını öldürən şəxsə 20 illik həbs cəzası istəyib
12.01.2017 862 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azad Rəşidzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
 
 
Prokuror A.Rəşidzadənin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Proses yanvarın 19-da davam etdiriləcək.
 
 
Qeyd edək ki, Şamaxı rayon sakini 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Nəticədə ağır xəsarətlər alan A.Rəşidov hadisə yerində dünyasını dəyişib.
 
 
Bundan başqa, hadisə zamanı A.Rəşidzadə qarşısını kəsən həyat yoldaşı, 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açıb. Güllə qadının qolunu yaralayıb. Daha sonra M.İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
 
 
Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
 
 
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham olunur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar