Prokuror kriminal avtoritetə cəza istəyib
23.05.2017 551 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Məlumata görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı Elməddin Fərzəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə çıxışı edib. O bildirib ki, təqsirləndirilən şəxsə verilən ittihamlar doğru deyil, bu səbəbdən barəsində bəraət hökmü çıxarılmalıdır.
Məhkəmə prosesi mayın 26-da davam edəcək.
Qeyd edək ki, Elməddin Səfərov kriminal aləmdə “Elməddin Vasmoyski” kimi tanınır./apa/
Digər xəbərlər:
Şərhlər