Prokuror 3 nəfəri öldürən şəxsə 10 il həbs cəzası istəyib
21.11.2016 774 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyatı hadisəsi törətməkdə təqsirləndirilən Orxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məluata görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin cinayətinin məhkəmədə də tam sübuta yetirildiyini deyib. Prokuror O. Heydərova 10 il həbs cəzası verilməsini istəyib. 

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib. 

Proses noyabrın 24-də davam etdiriləcək. 

Qeyd edək ki, bu ilin iyulunda Bakının Nobel prospektində Bakı şəhər sakini O. Heydərov idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən paytaxt sakinləri Sənubər Qardaşxanovanı, onun azyaşlı oğlu Mehini və azyaşlı qızı Mələyi vurub. Hər üç piyada hadisə yerində ölüb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar