Prezidentlərin Minskdə stul davası (VİDEO)
12.02.2015 799 0.0 0

Dünyanın diqqəti Ukraynanın taleyinin həll edildiyi Minskdə olduğu bir vaxtda Belarus və Rusiya prezidentləri arasında stul qalmaqalı yaşandı.

Məlumatıa görə, müstəqillik zalında mətbuat üçün rəsmi görüşlər bitdikdən sonra Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenko dəyirmi masaya yaxınlaşır.

Bu zaman beynəlxalq skandala səbəb olacaq hadisə baş verir. Tarixi görüşün vətəni Belarusun prezidenti, hadisənin əsas fiquru olan Vladimir Putini yerində əyləşməyə icazə vermir və stulu bir neçə dəfə prezidentin altında çəkir.

Aleksandr Lukaşenko Almaniya kansleri ilə söhbət edərkən Putinə stulda oturmağa icazə vermir. Bu zaman az qala yıxılmaq həddinə çatan Putin sonda nəyi bahasına olursa olsun o stulu Lukaşenkonun əlindən ala bilir.

Qeyd edək ki, "Normand formatı"nda Ukrayna, Rusiya, Almaniya və Fransanın liderlərinin iki dəfə görüşü olub, xarici işlər nazirləri isə 4 dəfə bir araya gəliblər.

Tarixi görüşün nəticələri hələ elan edilmədən bu hadisəni əks etdirən video internetin favoritinə çevrilib./anspress/

 

 

 

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar