Prezidentin səfərbərlik fərmanı
03.05.2015 1331 0.0 0

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunda dəyişiklik edib.

Məlumata görə, 1 may 2015 tarixində imzalanmış Fərmanda bildirilir:

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 383 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 383 nömrəli Fərmanını “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 383 nömrəli Fərmanının 2.2-ci bəndinin sonundakı nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilməklə 2.3-cü bəndi ləğv edilsin"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar