Prezidentin `ölən` qızı ABŞ səfirliyində gizlənir: film kimi ÇEVRİLİŞ PLANI - FOTO
25.11.2016 936 0.0 0

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ABŞ-ın Daşkənddəki səfirliyində gizlənir.

Məlumata görə, bu iddia ilə Amerikanın “BuzzFeed” portalı çıxış edib.

Portal yazır ki, Kərimova Amerika səfiri Pamela Spratlenlə uzun müddət sıx əlaqədə olub.

İddialara görə, İslam Kərimovun öldüyü vaxt Gülnarə ABŞ-dakı əlaqələrindən istifadə edərək, hakimiyyəti ələ keçirməyə cəhd edib.

Portal Gülnarənin Amerika səfirinə məktubunu da üzə çıxarıb. Məktubda deyilir ki, o, prezident postuna iddia edə bilmir, lakin öz namizədini təklif edir. Bu ədliyyə naziri Muzrafa İkramovdur. Gülnarə qeyd edir ki, İkramov Özbəkistanda Amerika maraqlarını qorumaq əzmindədir.

“Lakin bu plan baş tutmayıb. ABŞ da qarşıdakı regional planları üçün “özbək şahzadəsinə” kömək göstərib və o, Amerika səfirliyində gizlədilir. ABŞ onu əlverişli vaxt üçün qoruyur”, - deyə portal yazıb.

Qeyd edək ki, bir neçə gün öncə G.Kərimovanın gecə öldürülərək basdırıldığı xəbəri yayılmışdı. Sonradan bunun təkzib edən informasiyalar da yayıldı. Lakin 2013-cü ildə islam Kərimov tərəfindən Londonda ev dustaqlığına məhkum edilən Gülnarə indiyə qədər ictimaiyyət qarşısında görünməyib. O, hətta atasının yas mərasiminə də gəlməmişdi./publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar