Prezident zarafat etdi
22.02.2016 587 0.0 0

ABŞ prezidenti Barak Obama daha bir çıxışı ilə gündəmə gəlib. Məlumata görə, prezidentlik müddəti bitdikdən sonra ABŞ-ın hansısa ştatında qubernator vəzifəsində çalışmaq üçün namizədliyini verəcəyini söyləyib.

Bu barədə Barak Obama Ağ Evdə keçirilən qubernatorların milli asossiasiyasında çıxışı zamanı zarafatyana bildirib.

“Bu mənim qubernatorların şərəfinə verilən naharda prezident kimi son iştirakımdır. Ən azından prezident kimi", - deyə Obama əlavə edib. Onun çıxışı auditoriyada gülüşlə qarşılanıb.

Bu ifadəsindən sonra o zarafat etdiyini deyib. "Mən sadəcə Mişelin (Mişel Obama- ABŞ-ın birinci xanımı) reaksiyasını görmək istəyirdim”.

ABŞ tarixində bu cür hallar baş verib. Belə ki, 13-cü ABŞ prezidenti Endrü Conson 1865-1869 illər ərzində hakimiyyətdə olduqdan sonra doğma Tennessi ştatına qayıdıb. Daha sonra ABŞ konqresinə öz namizədliyini irəli sürsə də onun ilk iki cəhdi uğursuz nəticələnib. 1875-ci ildə 3-cü dəfə buna cəhd göstərən sabiq prezident qalib gəlib və konqresin senatı seçilib.

ABŞ-ın 27-ci prezidenti Uilyam Hovard  Taft öz vəzifəsindən getdikdən sonra ABŞ ali məhkəməsinin sədri vəzifəsində işləyib. O, ömrünün sonuna kimi bu vəzifəni icra edib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar