Prezident : «Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir»
16.11.2016 804 0.0 0

”Azərbaycan iqtisadiyyatı bir mənbədən asılı deyil, şaxələndirilib”.
 
Məlumata görə, bunu Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi davam edəcək: “Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizi, Aralıq dənizi, Asiya ilə Avropa birləşdirilir. Cənub Qaz Dəhlizi layihəsinə 45 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın böyük qaz ixracatçısına çevrilməsinə imkan verəcək. Bizim enerji əməkdaşlığımız milli maraqlara əsaslanır. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, ancaq müvafiq infrastruktur yaradılmalıdır. Şimal-Cənub, Şərq-Qərb dəhlizi Azərbaycanın ixrac, tranzit potensialını genişləndirəcək. Bu dəhlizlərin qurulması üçün sərmayə qoyuruq, eyni zamanda bu məqsədlə qonşularımıza kömək edirik. Təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz. Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir”.
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi siyasət bütün region üçün vacibdir. O, Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirildiyini söyləyib: “250 min qaçqın və məcburi köçkün yeni qəsəbələrdə yerləşdirilib. Azərbaycanda əhalinin təhsilinə xüsusi diqqət yetirilir, bu sahədə 100 faiz göstəriciyə nail olunub”.
 
Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan prezident nəzərə çatdırıb ki, gələn il Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək: “Medianın dəstəyi olmadan bu, mümkün deyil”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar