Prezident Sabirabad rayonuna səfərə gedib- Prezidentin sədrliyi ilə geniş müşavirə keçirilir
17.09.2016 563 0.0 0
 
 

 

Qazeta.info bildirir ki, Prezident İlham Əliyev Sabirabad rayonuna səfərə gedib.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

 

 

 

Daha sonra, Prezident İlham Əliyev Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub.

Dövlətimizin başçısı pambıqçılarla görüşüb və söhbət edib.

 

 

Xatırlaaq ki, əldə olunan məlumata görə, hazırda Sabirabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.

Dövlət başçısı müşavirədə nitq söyləyib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar