
Qazeta.info bildirir ki, Prezidentin sərəncamında “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın və kütləvi informasiya vasitələrində dərc edilməsi öz əksini tapıb. (layihə əlavə olunur).
Xatırladaq ki, sərəncamla ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.
Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Sərəncamın 2-ci hissəsində göstərilən tarixdə keçirilməsini təmin etməsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirilməsi öz əksini tapıb.