Prezident qəbul keçirib
07.08.2015 591 0.0 0

Prezident İlham Əliyev Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyanı və baş katibi Frans Şrayberi qəbul edib.

Qazeta.info bildirir ki, Oleqario Vaskes Ranya birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq həmin oyunların yüksək səviyyədə təşkilinin və ümumilikdə ölkəmizdə gedən inkişaf proseslərinin, insanların göstərdiyi dost münasibətlərinin onda dərin təəssürat yaratdığını deyib. Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti dünyanın 90 ölkəsindən 1000-dən çox idmançının iştirak etdiyi atıcılıq üzrə Dünya Kuboku yarışlarının da Qəbələdə ən müasir standartlar səviyyəsində təşkil olunduğunu və bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğuladı.

Dövlətimizin başçısı müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün təkcə ölkəmizin paytaxtında deyil, regionlarda da müasir infrastrukturun yaradıldığını vurğuladı və bu baxımdan atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının Qəbələ şəhərində keçirilməsinin önəmini qeyd etdi.  

Görüşdə Beynəlxalq İdman Atıcılıq Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olundu. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar