Prezident: Makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir
10.01.2017 1256 0.0 0

"2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli olması vacibdir".

Məlumata görə, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib. O, bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini bildirib.

 

Dövlət başçısı sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə taxıl, pambıq, barama, çay və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışıb, istehsal olunan məhsullar üçün yeni bazarların tapılmasının vacibliyini vurğulayıb. Ölkədə infrastrukturun yaradılması, qazlaşdırmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə əlaqədar tapşırıqlar verən prezident hərbi potensialın gücləndirilməsi ilə bağlı əlavə tədbirlərin görüləcəyini də söyləyib. O, ekoloji tədbirlərin, ölkəyə turist axının stimullaşdırılmasının, "Asan Xidmət"in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını ifadə edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar