Prezident İlham Əliyev Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib
28.09.2016 612 0.0 0

Azərbaycan prezidenti İlham Əliyev israilli həmkarı Reuven Rivlinə Şimon Peresin vəfatı ilə əlaqədar başsağlığı verib.

 

Məlumata görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab Prezident, İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

 

Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar