Prezident: `Dünyanın müxtəlif yerlərində təhlükələrin artmasına baxmayaraq, Azərbaycanda sabitlik təmin olunub
10.01.2018 732 0.0 0

 “2017-ci ildə Azərbaycan sürətlə inkişaf edib. Dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin olunub".

 

Qazeta.info “Report”-a istinadla xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

Dövlət başçısı bildirib ki, dünyada mövcud olan geosiyasi mürəkkəb vəziyyəti nəzərə alaraq ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir: “Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin, uğurun təməlində xalq-iqtidar birliyi dayanır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar