Prezident 4 sərəncam imzaladı
25.11.2016 1149 0.0 0
 

Qazeta.info xəbər verir ki, Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Abdulkərim oğlu Vəliyev “Şöhrət” ordeni ilə təltif edilib.

 

Bundan başqa Prezidentin sərəncamı ilə, Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağazadə Rüfət Rüfət oğlu

Axundov Cahangir Rifaətoviç

Bayramov Rizvan Mustafa oğlu

Hacıyeva Səbinə Xalid qızı

İbrahimli Yusif Mahmud oğlu

Məlikov Natiq Ağa Rza oğlu

Məmmədov Kamil Müzəffər oğlu.

 

Daha sonra Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verib:

Babakişiyev Rasim Calal oğlu

İbrahimov İbrahim Məmmədhüseyn oğlu

Kiryaşov Yevqeniy Mixayloviç

Qarber Aleksandr Aronoviç

Qədirov Cəmaləddin Bəy oğlu

Molla-zadə Fərhad Ədhəm oğlu

Musaxanov Kəmal Ağa Paşa oğlu

Vəliyev Nazim Oruc oğlu.

Ölkə başçısının növbəti sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq,  Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi əks olunub:

Əbdülrəhimov Ramiz Həmid oğlu

Əmirxanov Afis Yusif oğlu

Quliyev Feyzulla Ağasəfər oğlu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar