Prezident 3 sərəncam imzaladı
22.05.2017 1431 0.0 0

Azərbaycan Respublikasının Prezidenti 3 sərəncam imzalayıb.

 

Qazeta.info prezidentin mətbuat xidmətinə istinadla bildirir ki,  Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

 

Ölkə başçısının növbəti sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Firəngiz Əliağa qızı Əlizadə “Şərəf” ordeni ilə təltif edilib.

 

Qazeta.info bildirir ki, prezidentin növbəti sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə İbrahim Said oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar