PREZİDENT PENSİYA VƏ GƏNCLƏRLƏ BAĞLI SƏRƏNCAMLAR VERDİ
26.01.2015 761 0.0 0

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Qazeta.info xəbər verir ki, sərəncamda Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.

DSMF fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirəcək.

Qeyd edək ki, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Prezidentin imzaladığı digər sərəncama görə isə ,“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında və bu sərəncamdan  irəli  gələn vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulub.

Sərəncamda bildirilir ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilsin (əlavə olunur).Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
 Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əlaqələndirməni təmin etsin; 
Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar