PREZİDENT İLHAM ƏLİYEV:«HEÇ BİR BÖHRAN BİZƏ TƏSİR EDƏ BİLMƏZ»-FOTOLAR
30.01.2015 722 0.0 0

"Turizm Azərbaycanda inkişaf edir. Bir neçə turizm mərkəzi yaradılıbdır. Onlardan biri Şahdağdır. Eyni zamanda, indi Naftalan turizm mərkəzi fəaliyyət göstərir. Qalaaltı turizm mərkəzi bu yaxınlarda açılacaqdır. Cənub bölgəsində - Lənkəran-Astara zonasında, Lerikdə gözəl turizm imkanları var. Qəbələ turizm mərkəzinə çevrilibdir, burada beşulduzlu bir neçə otel fəaliyyət göstərir. Qərb bölgəsində Gəncə və onun ətrafında yerləşən rayonlar da əlbəttə ki, turizm üçün çox gözəl yerlərdir."



Bu sözləri ölkə başçısı İlham Əliyev 
“Şahdağ” qış-yay turizm kompleksində “Park Chalet” otelinin açılışında iştirak edərkən deyib.

Daha sonra prezident “Şahdağ” qış-yay turizm kompleksinin kollektivi ilə görüşdə bildirib ki, "Əlbəttə, Azərbaycanın ən böyük turizm mərkəzi Bakıdır. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir. Qısa müddət ərzində Bakıda beşulduzlu altı otel tikilmişdir. Hesab edirəm ki, bu da rekord göstəricidir, 5-6 il ərzində bir şəhərdə beşulduzlu altı beynəlxalq otel inşa olunmuşdur. Bakıya gələn hər bir qonaq paytaxtımıza aşiq olur. Çünki Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən isə istəyirəm ki, Azərbaycanın bütün şəhərləri gözəl olsun. Bütün şəhərlərdə gözəl şərait olsun, insanlar rahat yaşasınlar. Bu gün biz bunu təmin edirik. Azərbaycan inkişaf edir. Heç bir böhran bizə təsir edə bilməz. Biz inamla inkişaf edirik və regionlarımız da inkişaf edir."



Qazeta.info bildirir ki, Prezident, İki gün bundan əvvəl regionların sosial-iqtisadi inkişafına dair üçüncü proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransı xatirladaraq," Bir daha bütün rəqəmlər səsləndi və Azərbaycanın regionlarının inkişafı bundan sonra da uğurla təmin ediləcək.Çox şadam ki, mənim təşəbbüsüm qısa müddət ərzində reallaşır. Bu yerlərdə gözəl otellər, binalar, istirahət zonaları yaradılıb." deyə bildirib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar